"Kəpəz"ə şad xəbər - Zədəlilər sıraya döndü

16:38 27 İyul 2017

“Kəpəz”in Ərzurumda keçirdiyi hazırlıq prosesində zədələnən və son yoxlama oyununda meydana çıxa bilməyən futbolçuları sıraya dönür.

 

Sportarena.az kluba istinadən xəbər verir ki, “Elazığspor”a qarşı forma geyinməyən Novruz Məmmədov, İlyas Səfərzadə və Fərid Məmmədovun əzələ yükləməsi ilə bağlı yaranan ağrıları keçmək üzrədi.

 

Klubun tibbi personalından verilən məlumata görə, oyunçuların zədələri ciddi deyil və onlar iyulun 29-da Bakıda məşqləri bərpa edəcək komandaya qoşula biləcəklər.

 

Daha bir sevindirici xəbər Tural Cəlilovla bağlıdı. Paytaxtdakı məşqlərin birində zədələndiyindən, Türkiyəyə aparılmayan müdafiəçinin müalicəsi uğurla başa çatıb. Fərdi olaraq məşqlərə başlayan Cəlilov da ayın 29-dan ümumi halda hazırlığa başlayacaq.


Digər xəbərlər

Xəbər xətti