"Arzum budu ki, "Şalke" ilə rəsmi qarşılaşmada görüşək” - Elxan Abdullayev - AÇIQLAMA

17:45 27 İyul 2017

 

“Oyun çox ağır keçdi. Hava şəraitinə baxmayaraq, oyundan razı qaldım”. 

 

Sportarena.az xəbər verir ki, bunu Avstriya toplanışı çərçivəsində Almaniyanın “Şalke” klubu ilə yoxlama matçında 0:1 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib. Klub telekanalına müsahibə verən baş məşqçi bildirib ki, Bundesliqada çıxış edən “Şalke”ylə rəsmi matçda üz-üzə gəlməyi arzulayır:

 

“Uşaqlar çox yaxşı çıxış etdilər. Arzum budu ki, bugünkü rəqiblə yoldaşlıq görüşündə deyil, rəsmi qarşılaşmada görüşək”.


Xəbər xətti