"Sumqayıt" Boluda son məşqinə çıxdı

10:53 28 İyul 2017

2017/18 mövsümünə Türkiyədə hazırlaşan "Sumqayıt" geridə dünən Boluda son məşqinə çıxıb.

 

Sportarena.az xəbər verir ki, axşam saat 18:30-da start götürən hazırlıq prosesi zamanı futbolçular daha çox toplu çalışmalara üstünlük veriblər. Ardınca iki tərəfli oyunla məşqə yekun vurulub.

 

"Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində bu gün - iyulun 28-də Boluda sonuncu yoxlama matçına çıxacaq. Samir Abasovun çalışdırdığı komanda Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun”la üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti