"Neftçi" legionerini icarəyə verdi

13:21 28 İyul 2017

“Neftçi” futbolçusu Edson Kastilyonu Venesuelanın “Mineros Quayana” klubuna icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Müqaviləyə görə futbolçu 2017-ci ilin sonunadək Puerto-Ordas şəhəri təmsilçisinin formasını geyinəcək. 

 

2016-cı ilin yayından "ağ-qaralar"ın üzvü olan venesuelalı yarımmüdafiəçi, son mövsümdə 27 oyunda şans qazanıb.


Digər xəbərlər

Xəbər xətti