FİFA AFFA-nı cəzalandırdı, xəbərdarlıq etdi

13:48 28 İyul 2017

Dünən FİFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verilib.

 

FİFA iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş Azərbaycan - Şimali İrlandiya qarşılaşmasında (0:1) azarkeşlərin qeyri-etik davranışına görə AFFA-nı  2000 İsveçrə frankı (3500 manat) cərimə edib. Bundan əlavə, qarşıdakı oyunlarda eyni halın təkrarlanmaması ilə bağlı xəbərdarlıq da edilib.

 

Ötən il keçirilən San Marino - Azərbaycan (0:1) və Azərbaycan - Norveç (1:0) qarşılaşmalarına görə, FİFA AFFA-ya xəbərdarlıq göndərməklə kifayətlənmişdi. Sentyabrın 4-də San Marino səfərində azarkeşlərin davranışına, oktyabrın 8-də isə Norveçlə Bakıdakı matçın hər iki hissəsi vaxtından gec start götürdüyünə görə, assosiasiya xəbərdarlıq almışdı. 


Xəbər xətti