Neymar məşqdə dava saldı - "Barselona"dan getmək üçün - VİDEO

15:37 28 İyul 2017

“Barselona”nın son məşqində insident baş verib. 

Sportarena.az xəbər verir ki, Neymarla yeni transfer Nelson Semedu arasında mübahisə yaşanıb. Neymar Semedunun topa oynayarkən onun ayağına kobud şəkildə müdaxiləsinə sərt reaksiya verib. Bu zaman braziliyalı hücumçu portuqaliyalı müdafiəçinin üzərinə hücum edərək ona yumruqla zərbə endirmək istəyib. Amma “Barselona”lı futbolçular əlbəyaxa davanın olmasına imkan verməyiblər. 

 

İspaniya mətbuatının iddiasına görə, "sambaçı" bilərəkdən dava salmaq istəyib. Onun bu addıma əl atmasına səbəb "Barselona"nın onun PSJ-ə transferinə razılıq verməməsidi.


İddia olunur ki, PSJ Neymara illik 30 milyonluq maaş,  “Barselona”ya isə 220 milyon avro təklif edib.

 

 


Xəbər xətti