"Səbail" loqosunu dəyişdi - FOTO

16:24 28 İyul 2017

Bu il ilk dəfə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Səbail" Futbol Klubunda daha bir yenilik baş verib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatının elitasına yeni loqotipin müşayiəti ilə qədəm qoyur. Loqonun mərkəzində klubun adının birinci hərfini əks etdirən "S" hərfi yer alıb. Bütövlükdə klubun özünü simvolizə edən hərfin ətrafında mavi rəngin iki çaları öz əksini tapıb. Bunlardan nisbətən açıq rəngdə olanı dəniz, daha tünd rənglisi isə dəniz dalğası anlamındadı. Sulara qərq olmuş Səbail qalası haqqında əfsanənin motivlərini özündə əks etdirən loqotip daha çox sadəliyi ilə diqqət çəkir. 

 

Emblem son dövrlərdə bir çox klubların öz loqolarını yenilədiyi zaman müraciət etdiyi minimalizm tendensiyası əsasında yaradılıb.

 


Digər xəbərlər

Xəbər xətti