2017/2018 mövsümünə Boluda hazırlaşan "Sumqayıt" sonuncu yoxlama matçına çıxıb.
Sportarena.az xəbər verir ki, komanda dünən Səudiyyə Ərəbistanın "Al-Taawoun" klubu ilə qarşılaşıb. "Fənərbaxça"nın təlim-məşq bazasında keçirilən oyunda "Sumqayıt" minimal hesabla qalib gəlib - 1:0.
Bununla da, "Sumqayıt" Bolu toplanışını başa vurub. Komanda səhər saatlarında ölkəmizə qayıdıb.
Yoxlama oyunu
28 iyul
"Al-Taawoun" - "Sumqayıt" 0:1
Qol: Cavid İmamverdiyev, 3