"Şerif" - "Qarabağ" matçı israilli hakimlərə tapşırıldı

10:39 29 İyul 2017

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Şerif" (Moldova) - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, matçı İsrail Futbol Federasiyasından Roi Reinşreiber idarə edəcək. Ona Amihay Yehoşua Mozes və Dan Ukenik köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.

 

Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü avqustun 1-i keçiriləcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.


Xəbər xətti