Əvvəlcə “Şerif”in baş məşqçisi, sonra Qurbanov

14:34 29 İyul 2017

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Şerif” - “Qarabağ” matçından əvvəl təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Şerif”in baş məşqçisi Roberto Bordin və kapitan Mateo Suşiç Bakı vaxtı ilə saat 15:00-da mətbuat önünə çıxacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da “Şerif” idman kompleksinin konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq.


Saat 20:00-da “Şerif”in, 21:00-da isə “Qarabağ”ın məşqi başlayacaq. çıxacaq. Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.


Xəbər xətti