Melo klubsuz qaldı

15:47 29 İyul 2017

Braziliya millisinin sabiq futbolçusu Felipe Melo klubsuz qalıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin Braziliyanın “Palmeyras” klubuyla müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə məlumatı klubun saytı yayıb.

 

Qeyd edək ki, Melo bu ildən “Palmeyras”ın şərəfini qoruyurdu. O, A seriyası təmsilçisində 19 oyun keçirib. Bu ilin aprel ayında “Penyarol”la oyunda rəqib futbolçuya yumruq atan yarımmüdafiəçi yerli federasiya tərəfindən 6 oyunluq cəza almışdı.


Digər xəbərlər

Xəbər xətti