"Barselona" Neymarı satmağa razıdı? - Klub prezidentindən AÇIQLAMA

17:21 29 İyul 2017

“Barselona"nın prezidenti Xosep Maria Bartomeu növbəti dəfə Neymar məsələsi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Bartomeu bu dəfə Neymarın komandadan gedə biləcəyinə açıq işarə vurub. O, danışıqlar stolu ətrafında oturacaqlarını bildirib:

 

“Onun müqaviləsində bənd var: tələb olunan kompensasiya ödənilsə, gedə bilər. Hələ ki, heç nəyi müzakirə etməmişik. İspaniyaya qayıdan kimi danışıqlar stolu arxasında oturacağıq. Onun satışından əldə olunacaq vəsaitlə klubu gücləndirə bilərik. PSJ? Onlar Neymar üçün tələb olunan kompensasiyanı qəpiyinə qədər ödəməlidilər”.


Digər xəbərlər

Xəbər xətti