Ramilin komandası yenə uduzdu

10:17 30 İyul 2017

Futbol üzrə Slovakiya çempionatında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Tatran"la qarşılaşıb. Beş qolun vurulduğu oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 2:3.

 

Millimizin forvardı bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, ilk turda da məğlubiyyətlə üzləşmiş "Jilina" hazırda sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti