UEFA "Qəbələ"nin oyununu ingilislərə tapşırdı

11:18 30 İyul 2017

"Qəbələ"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"una qarşı keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, UEFA bu görüşü İngiltərədən olan hakimlər briqadasına tapşırıb. Matçın baş hakimi Kreyq Pouson təyin olunub. Ona yan xətt hakimləri Li Betts və Adam Nunn yardım edəcək. Dördüncü hakim funksiyasını isə Kevin Frend yerinə yetirəcək.

 

Qarşılaşmanın UEFA nümayəndəsi Xorvatiyadan Aloyziye Şupraha olacaqsa, hakimlərin işinə macarıstanlı Laslo Vaqner qiymət verəcək.

 

Qeyd edək ki, "Qəbələ" "Panatinaikos"la səfər oyununda 0:1 hesabıyla məğlub olub. Bu klublar arasındakı cavab qarşılaşması avqustun 3-də Bakıda, 8-ci km stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.


Xəbər xətti