Futbolçumuz oynamadı, komandası qalib gəldi

13:26 30 İyul 2017

Futbol üzrə Latviya birinci liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Auda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Lakin cari mövsümdə 10 qola imza atan və komandasının bombardiri olan Əsgərov bu dəfə fərqlənə bilməyib.

 

"Olayne" 13 turdan sonra 23 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti