"Fənərbaxça"nın futbolçusu "Sevilya"da

16:29 30 İyul 2017

“Fənərbaxça”nın müdafiəçisi Simon Kyaer İstanbul klubundan ayrılıb.  

 

Sportarena.az xəbər verir ki, Danimarka millisinin üzvü karyerasını “Sevilya”da davam etdirəcək. Əndəlus təmsilçisi  28 yaşlı futbolçunun keçidi üçün 10 milyon avro ödəyəcək və onunla 4 illik müqavilə bağlayacaq.

 

Xaırladaq ki, Kyaer “Fənərbaxça”ya 2015-ci ildə, 8 milyon avro qarşılığında “Lill”dən transfer edilib.


Xəbər xətti