"Barselona" PSJ-dən UEFA-ya şikayət edəcək - Neymara görə

16:58 30 İyul 2017

PSJ Neymara görə 222 milyon avro ödəsə, “Barselona” UEFA-ya şikayət edəcək.

 

Sportarena.az xəbər verir ki, “Barselona” Neymarı satmaq istəmir. Ancaq Paris klubu futbolçu ilə bağlanmış müqavilədə tələb olunan kompensasiyanı - 222 milyon avronu ödəsə, onda “Barsa” onu buraxmaq məcburiyyətində qalacaq.

 

“Barselona” hesab edir ki, heç bir klub bu məbləği ödəyə bilməz. Bunu ödəyəcək klub mütləq maliyyə feyr-pleyini pozmalıdı. “Barselona” rəhbərliyi məhz bu məqamı nəzərə alaraq, PSJ-dən UEFA-ya şikayət etməyi planlaşdırır.

 

Rəhbərlik UEFA-dan xahiş edəcək ki, PSJ-nin bu məbləği hardan əldə etdiyini araşdırsın. UEFA artıq bir dəfə PSJ-ni maliyyə feyr-pleyini pozduğu üçün cəzalandırıb.

 

Bu yaxınlarda UEFA-dan verilən açıqlamada bildirilirdi ki, Neymar məsələsini gündəmdə saxlayırlar.


Digər xəbərlər

Xəbər xətti