Meza Kolli “Neftçi”də - RƏSMİ

17:58 30 İyul 2017

"Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az kluba istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli “ağ-qaralar”la müqavilə bağlayıb. 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti bir ildi. Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.

 

Futbolçu Azərbaycanda “İnter”, “Qəbələ” kimi klublarda çıxış edib. Derlisin son klubu Paraqvay “Syerro Portenyo”su olub.


Digər xəbərlər

Xəbər xətti