"Neftçi" ərəblərlə "sülh bağladı"

10:16 31 İyul 2017

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” BƏƏ-nin “Əl-Əyn” klubuyla qarşılaşıb. Qarşılaşmada hesabı ərəblər açıblar. 59-cu dəqiqədə rəqib futbolçu cərimə zərbəsindən vurduğu qolla "Neftçi"ni məyus edib. "Ağ-qaralar" yalnız 87-ci dəqiqədə Mirabdulla Abbasovun vurduğu qolla məğlubiyyətdən xilas ola bilib. Beləcə, qarşılaşma 1:1 hesabıyla başa çatıb.

 

Bu, “Neftçi”nin Avstriyadakı ikinci yoxlama oyunu idi. Elxan Abdullayevin yetirmələri bundan öncə keçirdiyi oyunda Almaniyanın “Şalke” klubuna minimal hesabla uduzmuşdu.

 

Yoxlama oyunu

30 iyul

Neftçi - Əl-Əyn (BƏƏ) - 1:1

Neftçi: Səlahət Ağayev, Mateo Mujek (Elnur Cəfərov, 57), Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa (Ömər Buludov, 78), Məhəmməd Mirzəbəyov (Məqsəd İsayev, 46/ Anton Krivotsyuk, 89), Derlis Meza Kolli (İqnasio Errera, 57), Tərzin Cahangirov, Namiq Ələsgərov (Mirabdulla Abbasov, 78), Rəhman Hacıyev (Fəhmin Muradbəyli, 66), Uqo Barqas (Daniel Seqoviya, 46).


Xəbər xətti