"Kəpəz" məşqlərini bərpa etdi

10:32 31 İyul 2017

Türkiyədən döndükdən sonra 3 günlük istirahətə buraxılan “Kəpəz” dünəndən məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi Bakıda hazırlaşır. İlk məşq prosesi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında baş tutub.

 

Qeyd edək ki, “Kəpəz” yeni mövsümə hazırlıq çərçivəsində avqustun 3-də Azərbaycanın U-19 yığması ilə qarşılaşacaq. Bu oyun "Dalğa Arena"da saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti