Tural oynadı, komandası darmadağına sevindi

10:49 31 İyul 2017

Makedoniyanın "Pobeda" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun şərəfini qoruduğu bu klub Bolqarıstan "Belasitsa"sı ilə qarşılaşıb. Beş qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsi ilə yekunlaşıb - 4:1.

 

Hümbətov da bu qarşılaşmanın iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.


Xəbər xətti