"Binə"dən 5 transfer

11:46 31 İyul 2017

Birinci Divizionda debütə hazırlaşan "Binə" təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da davam etdirir.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub daha 5 futbolçu ilə heyətini gücləndirib. Yeni transferlər Məhərrəm Hüseynov, Fərid Abbaslı, Cəmil Rəhimli, Vüsal Nağıyev və Ülvi Süleymanovdu. Onlar 2017/18 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaqlar.


Xəbər xətti