Mirabdulla Abbasov "Neftçi"ni məğlubiyyətdən belə xilas etdi - AÇIQLAMA + VİDEO

12:32 31 İyul 2017

"Neftçi” Avstriya toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda BƏƏ-nin "Əl-Əyn” klubu ilə heç-heçə edib - 1:1.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın yeganə qolunun müəllifi Mirabdulla Abbasov klubun saytına açıqlama verib:

 

"Rəqibimiz güclü komanda idi. Çətin oyun oldu. Qol vurduğuma görə şadam. Şans qazanıb, bu gün meydana hücumçu kimi çıxdım. "Şalke” ilə keçən oyuna cinah yarımmüdafiəçisi kimi çıxmışdım. Belə matçlarda nəticə çox da vacib deyil, əsas çempionat oyunlarıdı. Vaxtımıza az qalıb, çempionatdakı oyunlarımıza hazırlaşırıq. Hələ ilk rəqibimiz bilinmir. İnanıram ki, çempionata tam hazır vəziyyətdə çıxacağıq”. 

 

 


Xəbər xətti