Millimizin sabiq futbolçusu həbs olundu

12:48 31 İyul 2017

Azərbaycan millisinin və "Kəpəz"in sabiq futbolçusu Faiq Cabbarov həbs olunub.

 
Sportarena.az "Futbol+” qəzetinə istinadən xəbər verir ki, Cabbarov onunla bağlı çoxsaylı şikayət ərizəsinə əsasən saxlanılıb. O, bir-neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur. 


Qeyd edək ki, bir müddət əvvəl yanlış olaraq ölüm xəbəri yayılan Cabbarov Samuxdakı fermaların birində çalışır.

 

O, Azərbaycan millisinin heyətindən 21 matçda meydana çıxıb və "Kəpəz", "Şəmkir", "Neftçi", "Şəfa" kimi klubların formasını geyinib .


Digər xəbərlər

Xəbər xətti