Pavel Paşayev yeni klubunda debüt etdi - VIDEO

14:43 31 İyul 2017

Futbol üzrə Ukrayna çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Zarya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

"Aleksandriya"ya yeni transfer olunmuş Pavel bu görüşdə debüt edib. Start heyətdə meydana çıxan millimizin üzvü 65-ci dəqiqədə əvəzlənib.

 

"Aleksandriya" 3 turdan sonra 2 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti