"Barselona" böyük transferə hazırlaşır - 85 milyon

18:14 31 İyul 2017

"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyo ilə razılığa gəlib.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 5 illik müqavilə imzalanacağı gözlənilir. Bu transfer üçün "Barselona" İngiltərə klubuna 85 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, 2013-cü ildən "Liverpul"un şərəfini qoruyan F.Koutinyo 181 oyunda 24 qol vurub, 37 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti