“Real”ın Bernabeu kubokundakı rəqibi müəyyənləşdi

12:39 1 Avqust 2017

“Real”ın ənənəvi “Santyaqo Bernabeu kubokundakı rəqibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi hər il klubun sabiq prezidentinin şərəfinə təşkil edilən yoldaşlıq görüşündə bu dəfə İtaliyanın “Fiorentina” klubuyla qarşılaşacaq. Bu barədə məlumatı A seriyası klubunun saytı yayıb.

 

“Bənövşəyilər” bu titul uğrunda oyuna çıxacaq 3-cü İtalyan klubudu. Florensiya təmsilçisindən öncə “Milan” və “İnter” də Santyaqo Bernabeu kubokunda “Real”la qarşılaşmışdı. Oyun avqustun 23-də baş tutacaq.

 

1979-cu ildən təşkil edilən Santyaqo Bernabeu kubokunun keçən il baş tutan son qarşılaşmasında “Real” “Reyms”i məğlub etmişdi - 5:3.


Xəbər xətti