"Panatinaikos"da ciddi itki - "Qəbələ" ilə oyunu buraxacaq

Sportarena.az      1 Avqust 2018, 17:36

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ"nin qonağı olacaq Yunanıstanın "Panatinaikos" klubu ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, əməliyyat olunan vitse-kapitan Georges Kutrumbis növbəti oyunu buraxmalı olacaq. Düzdür, o, artıq komandaya geri dönüb. Lakin hazırki vəziyyətdə meydana çıxması real görünmür.

 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 3-də keçiriləcək. Bu komandaya arasında Afinada baş tutan ilk oyunda yerli komanda 1:0 hesablı qələbəyə sevinmişdi. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin