Qurban Qurbanov: "Layiqli qələbə qazandıq" - AÇIQLAMA

10:30 2 Avqust 2017

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Moldova “Şerif”inə qarşı səfərdə keçirdiyi cavab matçında 2:1 hesabıyla qalib gələrək (ilk oyun 0:0) pley-off mərhələsinə vəsiqə qazandı.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Olduqca çətin oyun oldu. Belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardılar. Layiqli qələbə qazandıq. Komandamı qələbə və pley-offa yüksəlmək münasibətilə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off mərhələsində də yaxşı oyun göstərməyə çalışacağıq. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.


Xəbər xətti