Premyer Liqada yeni mövsümün püşkü atıldı - YENİLƏNİB

12:36 2 Avqust 2017

Bu gün Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün püşkatması keçirilib.

 

Sportarena.az xəbər verir ki, saat 12:00-da, AFFA-nın binasında keçiriləcək püşkatmada ilk turda qarşılaşacaq komandalar bəlli olub. Çempionatın tam təqvimi isə daha sonra açıqlanacaq.

 

Xatırladaq ki, Premyer Liqanın növbəti mövsümündə 8 komanda (“Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Kəpəz”, “Sumqayıt”, “Neftçi”, “Səbail”) iştirak edəcək. İlk tur avqustun 12-13-də keçiriləcək.

 

Azərbaycan Premyer Liqası, 2017/18 mövsümü

1-ci tur

İnter - Qəbələ
Neftçi - Qarabağ
Zirə - Səbail
Sumqayıt - Kəpəz


Xəbər xətti