Ramil Şeydayev "Qarabağ"ı təbrik etdi - FOTO

14:12 2 Avqust 2017

Milli komandamızın və Slovakiyanın "Jilina" klubunun hücumçusu Ramil Şeydayev "Qarabağ" klubu barədə "facebook" səhifəsində paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, gənc hücumçu Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın "Şerif" klubunu mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə adlayan “Qarabağ”ı bu uğura görə təbrik edib. Şeydayev sosial şəbəkə hesabında "Bravo, "Qarabağ" başlığı ilə paylaşım edib.

 

Xatırladaq ki, Ramil Şeydayevin komandası "Jilina" ÇL-də II təsnifat mərhələsində "Kopenhagen"ə uduzaraq mübarizəni dayandırmışdı.

 

 


Digər xəbərlər

Xəbər xətti