Sportarena.az
24 Sentyabr 2017

Kamran Ağayevin komandası Avroliqa ilə vidalaşdı - YENİLƏNİB

12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, bu gecə baş tutan oyunlarla mərhələyə yekun vurulub. İlk oyun günündə "Austria" və "Suduva" Avroliqanın pley-offuna vəsiqəni səfər oyunlarında təmin ediblər.

 

Qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçimiz “Qəbələ” isə bu gün meydana çıxıb. Roman Qriqorçukun yetirmələri ilk oyunda səfərdə 0:1 hesabıyla uduzduğu “Panatinaikos”a Bakıda da 1:2 məğlub olub və mübarizəni dayandırıb.
 

Millimizin qolkiperi Kamran Ağayevin yenicə transfer olunduğu Çexiya "Mlada Boleslav"ı da Albaniyanın "Skenderbeu" klubunu keçə bilməyib. Əvəzində yığmamızın digər üzvü - Pavel Paşayevin yeni klubu "Aleksandriya" Ukraynadakı cavab matçında Rumıniya "Astra"sını mübarizədən kənarlaşdırmağı bacarıb. Hansı ki, rumınlar öncəki mərhələdə "Zirə"nin yolunu kəsmişdilər.

Türkiyənin Avroliqadakı təmsilçisi "Fənərbaxça" "Şturm" səddini çətinliklə də olsa, keçməyə nail olub.

 

Avropa Liqası: 3-cü təsnifat mərhələsi, cavab oyunları

2 avqust

20:00 AEL (Kipr) - Austria (Avstriya) 1:2 (0:0)
20:00 Sion (İsveçrə) - Suduva (Litva) 1:1 (0:3)

 

3 avqust

Dinamo (Minsk, Belarus) - AEK (Kipr) 1:1 (0:2)
Şkendiya (Makedoniya) - Trakay (Litva) 3:0 (1:2)
Odd (Norveç) - Dinamo (Zaqreb, Xorvatiya) 0:0 (1:2)
Aleksandriya (Ukrayna) - Astra (Rumıniya) 1:0 (0:0)
Apollon (Kipr) - Aberdin (Şotlandiya) 2:0 (1:2)
Videoton (Macarıstan) - Bordo (Fransa) 1:0 (1:2)
Qəbələ (Azərbaycan) - Panatinaikos (Yunanıstan) 1:2 (0:1)
Zenit (Rusiya) - Bney Yehuda (İsrail) 0:1 (2:0)
Sparta (Çexiya) - Srvena Zvezda (Serbiya) 0:1 (0:2)
Fənərbaxça (Türkiyə) - Şturm (Avstriya) 1:1 (2:1)
Fola (Lüksemburq) - Ostersun (İsveç) 1:2 (0:1)
Lyunqbyu (Danimarka) - Krasnodar (Rusiya) 1:3 (1:2)
Maritimo (Portuqaliya) - Botev (Bolqarıstan) 2:0 (0:0)
PAOK (Yunanıstan) - Olimpik (Ukrayna) 2:0 (1:1)
Skenderbeu (Albaniya) - Mlada Boleslav (Çexiya) 2:1 - penaltilər 4:2 (1:2)
Lex (Polşa) - Utrext (Hollandiya) 2:2 (0:0)
Altax (Avstriya) - Gent (Belçika) 3:1 (1:1)
Midtyulland (Danimarka) - Arka (Polşa) 2:1 (2:3)
Hayduk (Xorvatiya) - Brondbü (Danimarka) 2:0 (0:0)
Atletik (İspaniya) - Dinamo (Rumıniya) 3:0 (1:1)
Milan (İtaliya) - Universitatya (Rumıniya) 2:0 (1:0)
Osiyek (Xorvatiya) - PSV (Hollandiya) 1:0 (1:0)
Ostende (Belçika) - Olimpik (Marsel, Fransa) 0:0 (2:4)
Rujomberok (Slovakiya) - Everton (İngiltərə) 0:1 (0:1)
Panionios (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail) 0:1 (0:1)
Domjale (Slovakiya) - Frayburq (Almaniya) 2:0 (0:1)
Braqa (Portuqaliya) - AİK (İsveç) 2:1 (1:1)

Tarix
04.08.17 [10:05]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Sentyabr
23 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio