Azərbaycan millisinin sabiq baş məşqçisi həbs edildi - Zorlamaya görə

Sportarena.az      2 Avqust 2018, 15:42

Cüdo üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Peter Zeyzenbaher həbs edilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Xəbərdə avstriyalı mütəxəssisin avqustun 1-də, Kiyevdəki mənzilində polis tərəfindən həbs edildiyi bildirilib. 56 yaşlı mütəxəssis vətəni Avstriyaya ekstradisiya ediləcək.

 

O, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı seksual təcavüzdə ittiham olunur. Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız Rio Olimpiadasında iki gümüş medal qazanmışdı.

 
Vyana Dövlət prokurorluğunun məlumatına görə, 1997-2004-cü illərdə Zeyzenbaher 14 yaşına çatmamış iki qız uşağına təcavüz edib. Avstriyalı məşqçinin günahı sübuta yetirilsə, onu 10 illik həbs cəzası gözləyir. Zeyzenbaher ardıcıl iki olimpiadada (Los-Anceles - 1984, Seul - 1988) qızıl qazanan ilk cüdoçudu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin