Sançes "Arsenal"ın düşərgəsinə qoşuldu

17:34 2 Avqust 2017

“Arsenal”ın hücumçusu Aleksis Sançes komandasının düşərgəsinə qatılmaq üçün Londona gedib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə çilili futbolçunun “topçular”ın heyətində məşqə də çıxdığı qeyd edilib.

 

Xatırladaq ki, bir müddətdi gələn il paytaxt klubuyla müqavilə müddəti bitəcək 28 yaşlı futbolçunun komandadan ayrılacağı barədə xəbərlər yayılmışdı. Əvvəlcə Çili millisiylə Konfederasiyalar Kubokunda çıxış etdiyinə, daha sonra isə xəstələndiyinə görə “Arsenal”ın düşərgəsinə gec qatılan futbolçunun yüksək əhval-ruhiyyədə olması diqqətdən yayınmayıb.


Xəbər xətti