Əfsanəvi futbolçunun forması kosmosa buraxılacaq - FOTO

18:33 2 Avqust 2017

Bu gün səhər “Veqa” raketi kosmosa buraxılıb.

 

Sportarena.az xəbər verir ki, Kur kosmodromundan havaya qalxan “Veqa” raketində futbol forması da olub. Formanı “Roma”nın əfsanəsi Françesko Totti sonuncu qarşılaşmasında geyinib. Tottinin 10 nömrəli forması kosmosa buraxılacaq.

 

“Roma”nın yetirməsi olan Totti bu komandada 1993-2017-ci illərdə çıxış edib. O, 785 oyunda 307 qol vurub. Karyerasını bitirən Tottinin sonuncu oyunu mayın 28-də “Cenoa”ya qarşı olub.


Digər xəbərlər

Xəbər xətti