Sportarena.az
25 Noyabr 2017

"Panatinaikos"un futbolçusu: "Pley-offa biz adlayacağıq" - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

"İkinci oyun birincidən fərqli olacaq. Çünki bu dəfə tam hazır vəziyyətdəyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Panatinaikos"un futbolçusu Niklas Hult deyib.  Sabah Avroliqanın III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" ilə  Bakıda üz-üzə gələcək yunan klubunun üzvü səfər ərəfəsində qısa və iddialı danışıb. O, turnirin pley-off mərhələsinə adlayacaqlarını vurğulayıb. Səfər öncəsi yerli mətbuata qısa açıqlama verən Hult mərhələ adlayacaqlarına əmin olduğunu bildirib:

 

"Afinada qələbə qazanmışıqsa, davamını gətirməliyik. Məncə, pley-off mərhələsinə biz adlayacağıq. Buna gücümüz çatar".

 

Qeyd edək ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" – "Panatinaikos" oyunu saat 21:00-da başlayacaq. Tərəflərin ilk duelində "Panatinaikos" 1:0 hesablı qələbə qazanıb.

Tarix
02.08.17 [18:52]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Noyabr
24 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio