Sportarena.az
24 Sentyabr 2017

Ozunidis: "Bizim üstünlüyümüz var"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında sabah “Qəbələ”nin qonağı olacaq “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, birbaşa sualları cavablandırıb.

 

- Yunanıstanda azarkeşlər arasında belə fikir mövcuddu ki, 1:0 hesablı qələbə “Panatinaikos”u növbəti mərhələyə daha da yaxınlaşdırır.
- İlk oyunda qalib gəlsək də, futbolda hər şey baş verə bilər. “Qəbələ” yaxşı komandadı. İlk oyundakı qələbəni unudaraq, sabahkı qarşılaşmaya 0:0 hesabıyla başlayacağıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik.

 

- İlk oyunda komandanız üstünlük əldə etdi, həmçinin oyunda diqtə edən tərəf idi. Sabah necə, bir həftə öncəki oyunu təkrarlaya biləcəksiz?
- Avropada səfər oyunları həmişə çətin olur. Bu oyuna bir həftə hazırlaşmışıq. Necə hazır olduğumuz sabah bəlli olacaq.

 

- Afinada 4-5-1 sxemiylə çıxış etdiz. Sabahkı oyunda sxemdə dəyişiklik olacaq?
- Xeyr, dəyişiklik etmək barədə düşünmürəm. Ancaq bu, oyunun gedişindən də asılıdı. Lakin ümumilikdə bu sistem oturuşub. Buna görə, bu sistemi dəyişməkdənsə, təkmilləşdirmək daha yaxşı olar.

 

- İlk oyunda çıxış etməyən Lusiano və Kablezos sabah şans qazanacaq?
- Onlar hələ 100 faiz hazır deyillər. Lakin sabahkı oyunda şans qazana bilərlər. Bu, oyunun gedişindən asılı olacaq. Sabahkı matç Avropa səviyyəli oyundu. Buna görə, risk etmək düzgün deyil. 100 faiz hazır olmadıqlarına görə onlara şans verməyi düşünmürəm.

 

- Bir çox məşqçi üçün Azərbaycandakı oyun sonuncu olub. Sizdə necə, uğursuz nəticə olacağı halda gedə bilərsiz?
- Hər şey ola bilər.

 

- Sabahkı oyunda şansları necə qiymətləndirirsiz?
- İlk oyunda qalib gəldiyimizdən bizim üstünlüyümüz var. Ancaq şansları faizlə dəyərləndirməyəcəm.

Tarix
02.08.17 [21:15]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Sentyabr
23 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio