Sportarena.az
25 Noyabr 2017

Qriqorçuk: "Söz vermək istəmirəm"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda sabah “Panatinaikos”u qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Komandada motivasiya necədi? Dünən “Qarabağ”ın oyununu izlədiz?
- Oyuna baxmadım. İşlərim var idi. “Qarabağ” barədə yalnız xoş sözlər deyə bilərəm. Ümid edirəm ki, onlar qrup mərhələsinə vəsiqə qazanarlar. O ki qaldı “Qarabağ”ın qələbəsinin bizim motivasiyaya təsir etməsinə, bunun əlaqəsinin olmadığını düşünürəm. “Qarabağ”ın qələbəsi Azərbaycan futbolunun irəli getməsi deməkdi. Bu cəhətdən bizi sevindirir.

 

- Sabahkı oyunda taktiki dəyişiklik gözlənilir? 
- Rəqibin bir neçə sürətli oyunçusu var. Lakin biz sürətdə onlardan geri qalmırıq. Sabahkı oyunda əsas odu ki, öz oyunumuzu oynayaq. Belə olan halda, şanslarımız da çoxalacaq. Əlavə olaraq qeyd edim ki, sürət idmanda əsasdı. Sabahkı oyunda rəqibin bu cəhətdən bizdən üstün olduğunu düşünmürəm. Düzdü, bizim ötən il qarşılaşdığımız “Maynts”, “Anderlext” kimi komandalar sürətdə bizi üstələyirdi. Lakin sabahkı oyunda bu cür çətinliklə qarşılaşacağımızı düşünmürəm.

 

- Cavid Hüseynov son oyunlarda çox aqressiv görünür. Buna görə iki dəfə sarı vərəqə alıb. Bu barədə onunla danışmısız?
- Bu sualı bir qədər gec verdiz. Əvvəllər onun oyununda aqressivlik var idi. Bu barədə onunla danışmışam. Son oyunda bu cəhətdən problem görmədim.

 

- “Qəbələ” həmişə səfər oyunlarında inamlı oyunu ilə seçilib. Ancaq son səfər oyunu bu cəhətdən fərqli oldu. Bu nə ilə bağlıdı? Komanda hələ tam hazır deyil?
- Səbəb o idi ki, biz öz oyunumuzu sərgiləyə bilmədik. Bunda rəqibin oyununun da təsiri oldu. Fikrimcə, sabah öz oyunumuzu sərgiləyə biləcəyik.

 

- Rəqibin heyətində bir neçə texnikalı oyunçu var. Onları zərərsizləşdirmək üçün hansısa tədbir görəcəksiz?
- İlk oyundan öncə də onların necə oynadıqlarını bilirdik. Bu, ötən mövsümkü yox, yeni komanda idi. Lakin həmin oyunçuların əvvəlki klublarındakı oyununu izləmişdik. Rəqibin yaxşı oyun sərgiləməsinə səbəb bizim öz oyunumuzu sərgiləyə bilməməyimiz oldu.

 

- “Qəbələ” həmişə cavab oyununda daha yaxşı təsir bağışlayır. İstədiyiniz oyunu meydanda görmək üçün heyətdə dəyişiklik edəcəksiz?
- Sabah meydana buraxacağım heyəti hələ dəqiqləşdirməmişəm. Bu gün onların hazırlığına bir daha diqqət yetirəcəm. Bu həftə yaxşı məşq etmişik.

 

- Zədə səbəbindən ilk oyunu buraxan Xavinin durumu necədi?
- Hazırda heyətdə zədəli futbolçu yoxdu. Kimin “18”-likdə yer alacağına sabah qərar verəcəm.

 

- Əvvəlki illərdə mərhələni keçəcəyiniz təqdirdə nə isə edəcəyinizə söz verirdiz. Bu, uğurlu alınırdı. Bu dəfə necə, mərhələ keçəcəyiniz təqdirdə nəyəsə söz verirsiz?
- Söz vermək istəmirəm. Kim isə futbolla bağlı nə isə söz verəndə, bu, mənə gülməli gəlir. Onu deyə bilərəm ki, qrup mərhələsinə vəsiqə qazansaq, nəyəsə söz vermək olar. Söz verirəm ki, qrup mərhələsinə vəsiqə qazansaq, nə isə edəcəyəm (gülür).

 

- İki il öncə də “Panatinaikos”la qarşılaşmışdız. Həmin komandalarla indiki komandaları müqayisə edərdiz...
- Həm onların komandası, həm də bizim komanda 2 il öncə tam fərqli idi. İlk oyundan sonra xeyli iş görmüşük. Bir xeyli məlumat əldə etmişik. Yerdə qalır, bunu meydanda göstərmək.

 

- Sizcə, oyunun taleyini 90 dəqiqədə həll etməməniz əlavə vaxtda komandaya çətinlik yaratmaz ki?
- Rəqib fiziki cəhətdən heç də bizdən üstün deyil. İlk oyun belə düşünməyimə səbəb verir. Fikrimcə, qələbə qazanmalıyıq, istər 90 olsun, istərsə də 120 dəqiqəyə.

 

- Penaltilərə necə, hazırsız?
- Arzu edirəm ki, sabah penaltilərə ehtiyac olmayacaq. Ancaq penaltilərlə bağlı məşq etmişik. Artıq penaltilərə qalacağımız təqdirdə kimlərin zərbələri yerinə yetirəcəyini də müəyyənləşdirmişəm.

 

- Komanda sabah hesabda geri düşsə, 3 qol vurmalı olacaq. Bu cəhətdən komandanı psixoloji cəhətdən hazırlamısız?
- Oyunçulara demişəm ki, sabah bizə 3 qol vurmaq lazımdı. Səfərdəki oyunda 5 istəyirdik, ancaq alınmadı (gülür). Onu deyə bilərəm ki, sabahkı oyuna hazırıq.

Tarix
02.08.17 [21:59]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Noyabr
24 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio