"Nike"dan "Səbail"a hədiyyə

10:37 3 Avqust 2017

İlk dəfə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Səbail" Futbol Klubu elitada mübarizə aparacağı ilk mövsümdə "Nike" şirkətinin istehsalı olan idman geyimlərindən istifadə edəcək.

 

Sportarena.az xəbər verir ki, klubla şirkət arasında bununla bağlı müvafiq müqavilə imzalanıb. "Nike" "Səbail" ilə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə kluba 100 ədəd peşəkar futbol üçün toplar hədiyyə edib. Toplar "Səbail"in nəzdindəki komandaların məşq prosesində və oyunlarında istifadə olunacaq.


Xəbər xətti