MOİK məşqlərə başladı

14:36 3 Avqust 2017

2017/18 mövsümündə Azərbaycan Birinci Divizionunda çıxış edəcək MOİK artıq yeni "futbol ili"nin hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, "hərbçilər" məşqləri "Bakı"nın bazasında keçirir. Məşqlər gündə 1 dəfə olmaqla keçirilir.

 

Komanda avqustun 5-də "Səbail"in əvəzedici komandası ilə qarşılaşacaq. Oyun "Bakı"nın bazasında keçiriləcək və saat 18:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti