"Real" MLS-in ulduzları ilə qarşılaşdı - VİDEO

15:56 3 Avqust 2017

“Real” yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” ABŞ-da baş tutan oyunda MLS-də top qovan ulduz oyunçulardan təşkil edilmiş “MLS All Stars”la qarşılaşıb.

 

Oyunda hesabı Madrid təmsilçisi açıb. Borxa Mayoral matçın 59-cu dəqiqəsində komandasını hesabda önə keçirib. Qarşılaşmanın 87-ci dəqiqəsində isə Dom Duayer status-kvonu bərpa edib. Matç bu hesabla da başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:2) “Real” oyundan qələbəylə ayrılıb.

 

Vaxtilə “kral klubu”nun şərəfini qorumuş, hazırda isə MLS klublarından “Orlando Siti”də top qovan Kaka da “MLS All Stars”ın heyətində sabiq komandasına qarşı çıxış edib.

 

 


Digər xəbərlər

Xəbər xətti