"Barselona" Neymara əvəzləyici tapdı

17:34 3 Avqust 2017

Barselona” tezliklə klubu tərk edəcəyi gözlənilən hücumçusu Neymara əvəz axtarır. 

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçunun PSJ-yə transferindən 222 milyon avro əldə edəcək Kataloniya klubunun “Monako”dan Kilian Mbappeni transfer etmək istədiyi deyilir. Fransanın “Ekip” nəşrinin yaydığı məlumata görə, "Barsa” Neymarın transferindən əldə edəcəyi məbləğin bir hissəsini gənc istedadın transferi üçün istifadə edəcək.

 

Xatırladaq ki, Mbappenin xidmətində əsas maraqlı olan klub “Barsa”nın əzəli rəqibi “Real”dı. “Kral klubu” 18 yaşlı futbolçunun transferi üçün 180 milyon avro ödəməyə hazırdı.


Digər xəbərlər

Xəbər xətti