"Qalatasaray" daha bir ulduzu hədəfə aldı - Danışıqlar gedir

18:40 3 Avqust 2017

Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni oyunçu cəlb edir.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi son olaraq “Mançester Siti”də çıxış edən Fernandonu transfer etmək üzrədi. Sözügedən futbolçu bu gün Türkiyə klubu ilə müqavilə imzalamaq üçün İstanbula gedəcək. "Sarı-qırmızılar"ın rəsmi saytı futbolçu və onun klubu ilə danışıqlara start verildiyini açıqlayıb.

 

Braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq və daha sonra klubun Avstriyadakı toplanışına qatılacaq.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən “Mançester Siti”də çıxış edirdi. 


Digər xəbərlər

Xəbər xətti