Cavid Hüseynov: "Səviyyə özünü göstərir"

11:10 4 Avqust 2017

“Qəbələ”nin kapitanı Cavid Hüseynov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Panatinaikos”una qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az sizi həmin açıqlamalarla tanış edir:

 

- Matçla bağlı nə deyə bilərsiz?
- Rəqibimiz güclü idi. Bizdən bir addım qabaq idilər. İlk qolu vurduq. Düşünürdük ki, oyunu ən azı əlavə vaxta aparacağıq. Lakin ani diqqətsizlikdən qol buraxdıq. Ondan sonra da özümüzə gələ bilmədik.

 

- İkinci qolu vurmağa tələsməyiniz komandanı "yandırdı"?
- Xeyr, elə deməzdim. Tapşırıq olmuşdu ki, ilk qolu vurub, səbrlə oynayaq. Amma oyun fərqli alındı.

 

- Hücum qurmaqada çətinlik çəkməyiniz nə ilə bağlı idi?
- Səviyyə özünü göstərir, açıq danışmaq lazımdı.

 

- Bəlkə çox sayda oyunçunun getməsi və yenilərinin gəlməsi mənfi təsir göstərdi?
- O da ola bilər. Lakin yenə deyirəm, rəqib qələbəyə layiq idi.

 

- Fiziki cəhətdən çatdırmırdız...
- Onların sürətli futbolçuları var. Rahat görünürdü hər şey.

 

- Gedənlərdən kimlərin yeri görünürdü?
- Bu dəqiqə düşünmək qabiliyyətində deyiləm. Ona görə nəsə deyə bilməyəcəm.

 

- Avroliqa ilə vidalaşmağınız çempionata daha yaxşı köklənməyinizə imkan yaradacaq?
- Çempionat haqda ümumiyyətlə düşünmək istəmirdik.


Digər xəbərlər

Xəbər xətti