Avropa Liqasında pley-offun püşkü atıldı - YENİLƏNİB

15:55 4 Avqust 2017

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. 

 

Sportarena.az xəbər verir ki, püşkatmada 44 komanda 22 cütlük təşkil edib. Burda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin 15 uğursuzu və Avropa Liqasında mərhələ keçən 29 komanda yer alıb.

 

Bundan öncəki son üç mövsümdə bu mərhələdə təmsil olunan ölkəmizin qitənin ikinci dərəcəli klub turnirindəki hər 3 təmsilçisi mübarizəni dayandırdığından bu dəfə kənarda qalıb.

 

Türkiyə təmsilçisi "Fənərbaxça" pley-offda Makedoniyanın "Vardar" klubuyla qarşılaşacaq. "Qəbələ"ni avrokuboklardan kənarlaşdıran "Panatinaikos"un bəxtinə isə İspaniyanın "Atletik" (Bilbao) klubu düşüb.

 

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 17-də, cavab matçları 24-də keçiriləcək.

 

Avropa Liqası, pley-off mərhələsi

Şkendiya (Makedoniya) - Milan (İtaliya)

Osiyek (Xorvatiya) - Austria (Avstriya)

Srvena Zvezda (Serbiya) - Krasnodar (Rusiya)

Brügge (Belçika) - AEK (Yunanıstan)

Maritimo (Portuqaliya) - Dinamo (Kiyev, Ukrayna)

Panatinaikos (Yunanıstan) - Atletik (İspaniya)

Apollon (Kipr) - Midtyulland (Danimarka)

Hafnarfyordur (İslandiya) - Braqa (Portuqaliya)

Everton (İngiltərə) - Hayduk (Xorvatiya)

Vitorul (Rumıniya) - Zalsburq (Avstriya)

Vardar (Makedoniya) - Fənərbaxça (Türkiyə)

Ayaks (Hollandiya) - Rusenborq (Norveç)

Altax (Avstriya) - Makkabi (Təl-Əviv, İsrail)

BATE (Belarus) - Aleksandriya (Ukrayna)

Dinamo (Zaqreb, Xorvatiya) - Skenderbeu (Albaniya)

Ludoqorets (Bolqarıstan) - Suduva (Litva)

Domjale (Sloveniya) - Marsel (Fransa)

Partizan (Serbiya) - Videoton (Macarıstan)

Utrext (Hollandiya) - Zenit (Rusiya)

Legiya (Polşa) - Şerif (Moldova)

Viktoriya (Çexiya) - AEK (Kipr)

PAOK (Yunanıstan) - Ostersun (İsveç)


Xəbər xətti