UEFA ÇL-in ən yaxşısı adına namizədlərini açıqladı

17:21 4 Avqust 2017

Çempionlar Liqasının 2016/17 mövsümünün mövqelər üzrə ən yaxşı oyunçularını müəyyənləşdirəcək UEFA namizədlərin siyahısını açıqlayıb.  

 

Sportarena.az xəbər verir ki, geridə qalan mövsümdə ÇL-in ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu adını qazanmağa bütövlükdə 12 namizəd var. Mövqelər üzrə isə bölündükdə isə, seçim üç namizəd arasında aparılacaq.

 

Namizədlərin siyahısını təqdim edirik:

 

Ən yaxşı qapıçı: Canluici Buffon ("Yuventus"), Manuel Noyev ("Bavariya"), Yan Oblak ("Atletiko").

 

Ən yaxşı müdafiəçi: Leonardo Bonuççi ("Yuventus", hazırda "Milan"), Marselo ("Real"), Serxio Ramos ("Real").

 

Ən yaxşı yarımmüdafiəçi: Kasemiro ("Real"), Toni Kroos ("Real"), Luka Modriç ("Real").

 

Ən yaxşı hücumçu: Paulo Dibala ("Yuventus"), Lionel Messi ("Barselona"), Kristiano Ronaldo ("Real").

 

Ən yaxşıların adları avqustun 24-də açıqlanacaq.


Xəbər xətti