"Kopenhagen" rəsmisi: "7 saat Bakıya uçacağıq"

17:40 4 Avqust 2017

"5 potensial rəqibimiz var idi. Fikrimcə, həmin klublar arasında ən güclüsü "Riyeka" idi. Amma tək "Riyeka"nı güclü saymaq lazım deyil. Bu mərhələyədək irəliləyən bütün komandalar güclüdürlər".

 

Sportarena.az xəbər verir ki, bu sözlər Danimarkanın "Kopenhagen" klubunun idman direktoru Yohan Langeyə məxsusdur. 

 

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ"ın rəqibi Danimarka təmsilçisi olub..

 

Klubun rəsmi saytına açıqlama verən Yohan Lange püşkü dəyərləndirib. O, püşkün nəticəsindən razı qaldıqlarını bildirib: "Bizim rəqibimiz "Qarabağ" oldu. Bir pis məsələ odur ki, rəqiblə ilk oyunu səfərdə oynayacağıq. Uzun bir səfərə çıxacağıq. Ona görə çətin olacaq. Qısa bir zamanda rəqib haqqında hər şeyi öyrənə bilmərik. Lakin komandamızı ən yaxşı şəkildə hazırlayacağıq. Yenə deyirəm, uzun bir yol var. Təxminən 7 saat Bakıya uçacağıq".

 

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti