Ramil Şeydayev: "Biz bacarmadıq, inşallah, "Qarabağ" bacaracaq!”

22:27 4 Avqust 2017

Futbol üzrə Azərbaycan yığmasının və Slovakiyanın “Jilina” klubunun hücumçusu Ramil Şeydayev “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”inə rəqib olmasına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, millimizin forvardı "Facebook"dakı rəsmi səhifəsində "Biz bacarmadıq, inşallah, "Qarabağ" bacaracaq!” yazaraq Ağdam klubunun mərhələni keçəcəyinə inamını ifadə edib.

 

Maraq üçün xatırladaq ki, "Kopenhagen" ÇL-in 2-ci təsnifat mərhələsində məhz "Jilina"nı mübarizədən kənarlaşdırıb.


Xəbər xətti