"Kopenhagen" "Qarabağ" azarkeşlərinə müraciət etdi

13:22 5 Avqust 2017

"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi ev oyunu ilə əlaqədar "Qarabağ" azarkeşlərinə müraciət edib. 

 
Sporarena.az xəbər verir ki, bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirilib.  Ağdam klubunun fanatlarına avqustun 23-də cavab görüşünün keçiriləcəyi "Parken" stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. Vurğulanıb ki, qonaq komandanın azarkeşləri biletləri yalnız "Qarabağ" klubu vasitəsilə əldə edə bilərlər. 
 
 
Qeyd edək ki, tərəflər arasındakı ilk görüş avqustun 15-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti