"Qəbələ"nin sabiq futbolçusu 4,2 milyon avroya satıldı

17:24 5 Avqust 2017

"Qəbələ"nin sabiq futbolçusu Leonardo da Silva Souza  Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb. "Əl-Əhli" Souzanın tranferi üçün "Partozan"a 4.2 milyon avro ödəyib.

 

Qeyd edək ki, Leonardo da Silva Souza "Qəbələ"də 2013/2014 mövsümündə çıxış edib və 31 oyuna 7 qol vurub.

 


Xəbər xətti